19.09.2016

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə

Təhsil naziri Mikayıl Cabbarov 23 sentyabr 2016-cı il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək.

Ətraflı
15.09.2016

Prezident İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.

Ətraflı
15.09.2016

“Elektron Təhsil” Respublika müsabiqəsi

Sentyabrın 19-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək.

Ətraflı
15.09.2016

Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 23 sentyabr 2016-cı il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək.

Ətraflı
08.09.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

3-5 sentyabr 2016-cı il tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.

Ətraflı
07.09.2016

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Hər il olduğu kimi bu il də Şəmkir rayonundan  ali məktəblərə qəbul olmuş məzunlarla  görüş keçirilib. Görüşdə bu ilin ümumi nəticələri açıqlanıb. Bu il rayonun 1537 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 506 nəfəri Respublikamızın müxtəlif ali məktblərinə qəbul olublar.

Ətraflı
05.09.2016

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb.

Ətraflı
02.09.2016

Şəmkir müəllimləri və şagirdləri şəhid xatirəsini anıb 

Şəmkir rayonunun Düyərli kəndində aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində şəhid olmuş Altun Fərman oğlu Dəmirlinin ad günündə anım tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, kənd sakinləri, 1 və 2 nömrəli Düyərli kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Ətraflı
31.08.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Ətraflı
30.08.2016

Şəmkirdə 2016-2017-ci tədris ilinə hazırıqla bağlı ciddi tapşırıqlar verilib

Məktəb direktorlarının iştirakı ilə Rayon Təhsil Şöbəsi 30 avqust 2016-cı il tarixdə Ə.Cavad adına məktəbin akt zalında 2016-2017-ci tədris ilinə hazırlıqla bağlı növbəti iclasını keçirib.

Ətraflı
25.08.2016

Şəmkirdə dərsliklər məktəblərə paylanılıb.

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq Şəmkir Təhsil Şöbəsi tərəfindən bütün məktəblərin dərsliklərlə təminatı artıq yekunlaşıb. Şəmkir rayon təhsil şöbəsi 11185 ədəd yeni dərsliyi siyahı üzrə məktəblərə çatdırıb.

Ətraflı
24.08.2016

Şəmkirdə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu başladı

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə müraciət edən valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri, iyul ayının 20-dən başlayaraq avqustun 20-dək qeydiyyata alınıb. Uşaqların seçimi Şəmkir rayon təhsil şöbəsində  avqustun 24-dən başlayaraq sentyabrın 5-dək davam edəcək.

Ətraflı
17.08.2016

Müəllimlər üçün fövqəladə hallar və mülki müdafiə ilə bağlı metodik toplantı keçiriləcək

Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi 2016-cı tədris ili üçün tədbirlər planına müvafiq olaraq, 8 sentyabr 2016-cı il tarixində Ə.Cavad adına Mədəniyyət evinin iclas zalında Şəmkir rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı siniflərinin rəhbərləri üçün fövqəladə hallar və mülki müdafiə məsələlərinə dair konfrans keçirəcək.

Ətraflı
16.08.2016

700 bal toplayan məzunun tövsiyəsi

IV qrup üzrə 700 bal toplayan abituriyentlərdən biri də Şəmkir rayonu Natiq Süleymanov adına Çinarlı qəsəbə tam orta məktəbinin məzunu Zülfüqarov Orxan Əzim oğludur.

Ətraflı