27.11.2017

Ətraf mühitin mühafizəsi və qorunması məqsədi ilə yaşıllaşdırma aksiyası keçirilib

Ətraf mühitin mühafizəsi və təbiətin qorunması məqsədi ilə Qasım İsmayılov kənd tam orta məktəbdə yaşıllaşdırma aksiyası keçirilib.

Aksiyanın əsas məqsədi məktəbliləri ekoloji təmiz qida ilə təmin etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır.

Aksiyada iştirak edən müəllimlər və məktəblilər məktəbin həyətyanı sahəsində ümumilikdə 60 ədəd xurma ağacı əkiblər. 

Qeyd edək ki, aksiya “Məktəbin Uğuru” layihəsi çərçivəsində Şəmkir rayon ümumtəhsil məktəblərində ardıcıl olaraq həyata keçiriləcək.


Açar sözlər: ,  ,