17.07.2025

2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsində 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri və əməkdaşları, həmçinin rayonlar üzrə təhsil sektorlarının müdirləri iştirak ediblər.

Təqdimat idarə müdiri Vüqar Dadaşov tərəfindən təqdim olunub. O, 2024-2025-ci tədris ili ərzində region üzrə təhsilin inkişaf dinamikası, çətinliklər, həyata keçirilmiş layihələr və nailiyyətlər barədə ətraflı məlumat verib. Statistik göstəricilər əsasında aparılmış müqayisəli təhlillər iştirakçıların diqqətinə çatdırılıb, təhsil sahəsində keyfiyyətin yüksəldilməsi istiqamətində görülmüş işlər və gələcək perspektivlər vurğulanıb.

Hesabat tədbiri zamanı layihə və müsahibələrdə iştirakçılıq, monitorinq və qiymətləndirmələrin nəticələrindən danışılıb, müəllim və şagird uğurları, kadr təminatı, infrastruktur yenilikləri kimi önəmli məsələlər müzakirə olunub.

Sonda növbəti tədris ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, Agentliyinin direktor müavininin fikir və tövsiyələri dinlənilib.


Açar sözlər: ,