Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamına əsasən Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy Rayon Təhsil Şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi yaradılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində 324 ümumtəhsil müəssisəsi, 159 məktəbəqədər təhsil müəssisəsi, 10 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.