22.07.2025

Təhsil müəssisələrini qızıl nişanla bitirən məzunlarla görüş keçirilib

İyulun 21-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini qızıl nişanla bitirən məzunlarla görüş keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov qızıl nişana layiq görülən məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb. Həmçinin ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, regionda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.

Məzunlar çıxış edərək seçdikləri ixtisasdan asılı olmayaraq hər zaman çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər.

Daha sonra məzunlara qızıl nişanlar və xüsusi nümunəli attestatlar təqdim edilib.

Məlumat üçün bildirik ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 5 məzun qızıl nişana layiq görülüb.


Açar sözlər: ,