17.11.2017

"Şagird tərbiyəsinin psixoloji xüsusiyyətləri" adlı seminar keçirilib

Noyabrın 16-da Şəmkir Gənc Müəllimlər Birliyi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə “Şagird tərbiyəsinin psixoloji xüsusiyyətləri” adlı psixoloji seminar keçirilib.

Tədbirdə Gənc Müəllimlər Birliyinin əməkdaşları, Nitq İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy, məktəb psixoloqları və müəllimlər iştirak ediblər.

Çıxış edən psixoloq Taciyə Mehdisoy iştirakçıları şagird tərbiyəsinin psixoloji xüsusiyyətləri, onlarla davranış qaydaları və digər mövzular barəsində məlumatlandırıb.


Açar sözlər: