26.11.2017

IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Şəmkir rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib. İmtahanda 2000 şagird iştirak edib.

Müasir qiymətləndirmə vasitələrinin təhsilə tətbiqi məqsədilə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili və Riyaziyyat fənnləri üzrə ümumillikdə 30 sual təqdim olunub.

Açıq tipli sualları cavablandırmaq üçün şagirdlərə 2 saat vaxt verilib.

İmtahanın nəticələri Təhsil Nazirliyi tərəfindən yoxlanıldıqdan sonra statistik göstəricilər rayon təhsil şöbəsinə təqdim olunacaq.


Açar sözlər: