22.11.2017

Rus dili və ədəbiyyatı üzrə X Beynəlxalq olimpiadaya hazırlıq məqsədi ilə seminar keçirilib

Noyabrın 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiyanın Azərbaycandakı Səfirliyi və Rossotrudniçestvo nümayəndəliyi tərəfindən Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayon ümumi təhsil məktəblərində çalışan rus dili və ədəbiyyatı müəllimlərinin iştirakı ilə rus dili və ədəbiyyatı üzrə X Beynəlxalq olimpiadaya hazırlıq məqsədi ilə seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd müvafiq fənnin tədris keyfiyyətinin artırılması və yenilənmiş dərsliklərdə müəllimlərin tanış olmasıdır.

Seminarda iş müzakirə şəklində davam etdirilib. Müəllimlərə X Beynəlxalq olimpiadanın məqsəd və mahiyyəti haqqında geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,