13.11.2017

"Ümumi təhsildə keyfiyyət ili" ilə əlaqədar müşavirə keçirilib

Noyabrın 13-də Şəmkir Rayon Heydər Əliyev Mərkəzində “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar müşavirə keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin nümayəndələri, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarının təhsil şöbə işçiləri və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Almaz Əsgərova “Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında iştirakçıları məlumatlandırıb. O bildirib ki, "Təhsildə keyfiyyət ili” ilə əlaqədar fəaliyyətlərin yerinə yetirilməsi istiqamətində ümumtəhsil məktəblərinin buraxılış siniflərində monitorinqlərin keçirilməsi planlaşdırılır.

Sonra çıxış edən Orxan Abbasov təhsildə keyfiyyətin artırılması məqsədi ilə görülən işlərdən danışıb. O. Abbasov, həmçinin məktəblərin nailiyyət səviyyələrini analiz edərək keyfiyyəti daha da artırmağın üsulları barədə məlumat verib.

Daha sonra hər üç rayonun təhsil şöbə müdirlərinin hesabatları dinlənilib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.


Açar sözlər: