Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəmkir müəllimləri üçün Təhsildə Beynəlxalq Qiymətləndirmə mövzusunda praktik seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd müəllimləri Beynəlxalq Təhsil Müvəffəqiyyətinin Qiymətləndirməsi Asossiasiyası tərəfindən keçiriləcək TİMSS qiyməltəndirmə proqramı haqqında məlumatlandırma və bu sahədə hazırlıq işlərinə start vermək olub.
İki məhrələdə keçirilən seminarda müəllimlərə əlavə olaraq PİRLS və PİSA tədqiqatları barəsində məlumatlar verilib, qiymətləndirilmədə istifadə olunan test nümunələri müzakirə edilib.
Seminarın sonunda rayonun 30 ibtidai sinif müəlliminin TİMSS proqramı üzrə testlərlə işləmək bacarıqları yoxlanılıb.