09.12.2017

"Ulu öndər və Azərbaycan" adlı tədbir keçirilib

Dekabrın 8-də Şəmkir Heydər Əliyev Mərkəzində Gənc Müəllimlər Birliyi (GMB) və Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ulu öndər və Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsinin əsas məqsədi  müstəqil tariximizin hər tərəfli öyrənilməsinə maraq yaratmaqla, şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsi və ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələr barəsində məlumat verməkdir.

Tədbirdə GMB üzvləri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “H. Əliyevin Azərbaycanda 1-ci hakimiyyəti dövrü”, “H.Əliyev və Azərbaycan təhsili”, “H.Əliyev və hüquq siyasəti” və s. kimi maraqlı mövzularla çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Ümumillikdə tədbirdə, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtulması, dinamik iqtisadi inkişafın sürətləndirilməsi, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminatın yaradılması, elm və təhsil problemlərinin daim diqqət mərkəzində saxlanılmasından danışılıb.

Tədbir boyu Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbinin şagirdlərinin ifasında ümummilli lider H. Əliyevə həsr olunmu müxtəlif mahnılar və şeirlər səsləndirilib.


Açar sözlər: