21.11.2017

Məktəblilər şəhid Xanoğlan Xəlilovun xatirəsini yad ediblər

Noyabrın 20-də İsmayıl Tağıyev adına Şeyidlər kənd tam orta məktəbində şəhid Xanoğlan Xəlilovun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.

Tədbirdə rayon ictimaiyyətinin əməkdaşları, şəhidin doğmaları, məktəblilər və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə, Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılar Şəmkir Heydər Əliyev Mərkəzi əməkdaşlarının şəhidin xatirəsinə hazırladıqları videoçarxa tamaşa ediblər.

Çıxış edənlər şəhid Xanoğlanın keçdiyi döyüş yolundan, onunla bağlı xatirələrindən danışıb, vətənə məhəbbətinin dərinliyini vurğulayıblar. Məktəblilərin səsləndirdiyi şeirlərdə də bir daha vətənə, dövlət və orduya bağlılıq ifadə olunub.

Tədbirdən sonra Xanoğlan Xəlilovun məzarı ziyarət olunub, məzarı önünə əkil qoyulub və ruhuna fatihə oxunub.


Açar sözlər: ,