Rayon Təhsil Şöbəsinin və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Açıq dərs” layihəsinin növbəti dərsi keçirilib. Dərsin mövzusu "Xarici siyasətdə uğurlar, beynəlxalq iqtisadi əlaqələr" olub.
Dərsdən əvvəl məktəblilər mərkəzlə tanış olublar. Bu dəfəki dərsdə müəllim qismində Əhməd Cavad adına tam orta məktəbin tarix müəllimi Dilbər İslamzadə çıxış edib. Açıq dərsdə A.Əsədov adına Qaracəmirli kənd 1 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.
Dilbər İslamzadə şagirdlərə ümumilli lider Heydər Əliyevin xarici siyasətdə əldə etdiyi uğurlar, beynəlxalq iqtisadi əlaqələr qurulmasında gördüyü işlər barəsində məlumat verib.