30.11.2017

"100 səsli hekayə" layihəsinin icrası üzrə işlər yekunlaşır

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “100 səsli hekayə” layihəsinin icrası ilə bağlı işlər yekunlaşmaqdadır.

Layihənin əsas məqsədi informasiya texnologiyalarının imkanlarından faydalanaraq şagirdlərin sinifdənxaric oxu imkanlarını yaxşılaşdırmaqla, onların dünya görüşünün artırılması, dinləyib anlama bacarıqlarının təkmilləşdirilməsi, məntiqi və tənqidi təfəkkürünün, həçminin intellektual və emosional zəkasının, eststik zövqünün inkişaf etdirilməsi ilə şagirdlərdə şəxsiyyətyönümlü düşüncə, davranış və xarakterin formalaşmasını təmin etməkdir.

Layihənin icrası zamanı nəzərdə tutulan 100 hekayənin səsləndirilməsi və səslərin mp3 formatda audio fayllarının hazırlanması prossesi üzrə artıq 70-dən çox hekayənin səsləri yazılıb. Səsləndirmədə yüksək səviyyəli şifahi nitqə malik Azərbaycan dili və ədəbiyyatı müəllimləri, həmçini həvəskarlar iştirak ediblər. Səsyazma prosesi peşəkar mütəxəsis tərəfindən səsin təmizliyi, akustika və digər səs effektləri nəzərə alınmaqla aparılıb.

Qeyd edək ki, layihə təqdim edildikdən – yəni proqram təminatı hazır olduqdan sonra  onu internetdən rahat şəkildə eldə etmək imkanı olacaq ki, bu da proqramdan bütün ölkədə istifadə etmək imkanı yaradacaq.


Açar sözlər: