Təmayülləşmə ilə əlaqədar görüləcək işlər müzakirə olunub
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkir Rayon Təhsil Şöbəsində təhsil müəssisələrinin təmayülləməsi ilə əlaqədar yığıncaq təşkil olunub.
ƏtraflıTəhsil naziri Şabranda vətəndaşları qəbul edib
Fevralın 6-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edib.
Ətraflıİngilis dili müəllimləri üçün növbəti təlim keçirildi
Fevral ayının 1-dən 5-dək Təhsil Nazirliyi, “British Council” və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”-nin növbəti mərhələsi keçirilir.
ƏtraflıGənclər günü ilə bağlı gənc təhsil işçiləri ilə də görüş keçirilib
Bugün Şəmkir Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Gününə həsr edilmiş tədbir keçirilib. Rayonun ictimai-sosial həyatında fəal iştirak edən gənclərin iştirakı ilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
ƏtraflıTəhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
ƏtraflıBuraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanı təşkil olunub.
Şəmkir Rayon Təhsil Şöbəsi, Şəmkir Rayon İcra Hakimiyyəti və Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanları təşkil olunub.
ƏtraflıMəktəblərarası voleybol idmanı üzrə zona yarışları keçirilib
Şəmkir rayonunun ümum təhsil müəssisələrində oğlanlar arası voleybol idmanı üzrə zona yarışları keçirilib.
ƏtraflıÜmumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib
Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə Şəmkir rayonunun təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Ətraflı"Riyaziyyat dəqiq elm" adlı bilik yarışı keçirilib
Yanvarın 17-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6-cı sinif şagirdləri arasında "Riyaziyyat dəqiq elm" adlı bilik yarışı keçirilib.
Ətraflı20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib
Yanvarın 16-da Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbdə Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin əməkdaşlığı ilə 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
ƏtraflıTəhsil naziri Şirvanda vətəndaşları qəbul edib
Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.
ƏtraflıRespublika fənn olimpiadasının rayon turu keçirildi
Yanvar ayının 15-də Şəmkir rayonunun Nizami və Ə.Cavad adına tam orta məktəblərində rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə fənn olimpiadasının rayon turu keçirilib.
ƏtraflıFənn olimpiadalarının rayon turuna hazırlıqla bağlı yekun iclas keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirinin “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklərin edilməsi barədə 29.XII.2016-cı il tarixli 862 №-li əmrini əsas tutaraq, yanvarın 13-də Şəmkir Rayon Təhsil Şöbəsində fənn olimpiadalarının rayon turunun təkili ilə bağlı şöbənin əməkdaşlarına göstərişlər verilib.
ƏtraflıRespublika fənn olimpiadalarına start verilir
Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.
Ətraflı2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə
Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.
Ətraflı