Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında intellektual turnir keçiriləcək.
Turnirin Nə? Harada? Nə zaman? formatında olmaqla "Gücümüz həmrəyliyimizdir" başlığı altında keçirilməsi planlaşdırılıb.
3 mərhələdən ibarət olacaq turnirin birinci mərhələsi 14 dekabr, ikinci mərhələsi 23 dekabr, üçüncü mərhələsinin isə 27 dekabr tarixində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə 16 komandanın iştirak edəcəyi yarışın final mərhələsində qalib komandalar sertifikat, medal və kubokla təltif olunacaqlar.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd region gənclərinin maarifləndirilməsinə, intellektual inkişafına, təşkilatlanmasına, fərdi və sosial inkişafının təmin olunmasına dəstək göstərməkdir.