28.12.2017

Şagirdlərin aktyorluq istedadı nümayiş olunub

Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyilə "Gəncləşən teatrımız" başlığı altında tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, milli teatr sənətinin davamlı inkişafının dəstəklənməsi, regionda teatr mədəniyyətinin təbliğ olunmasıdır. Həmçinin region məktəblilərinin bu istiqamətdə potensialının aşkarlanmasına şərait yaratmaqla onların inkişafına dəstək olmaqdır.

Tədbirdə Azərbaycan klassiklərinin və dramatruqlarının, böyük bəstəkarların qələmindən yazılan, bir-birindən rəngarəngliyi ilə fərqlənən dram və pyeslərdən ibarət səhnəciklər rayonun ümumtəhsil məktəblərinin müxtəlif yaş qruplarından olan şagirdləri tərəfindən nümayiş olunub.

Rayonun 8 ümumtəhsil məktəbindən və 1 dərnəyindən olan şagirdləri öz çıxışları ilə tədbirdə tamaşaçıların rəğbətini qazanıblar.

Tədbirdə Zəyəm Cırdaxan kənd tam orta məktəbinin şagirdləri – “O olmasın bu olsun”, Dəllər cəyir kənd tam orta məktəbinin şagirdləri – “Can nənə bir nağıl de”, Kür qəsəbəsi 2 saylı tam orta məktəbin şagirdləri – “Musiqili kompazisiya”, Dəllər qəsəbə Zaur Abbasov adına tam orta məktəbibinin şagirdləri – “Lələtəpənin azad olunması”, Əhməd Cavad adına tam orta məktəbin şagirdləri –“Yeddi Gözəl”, Dəllər daşbulaq kənd tam orta məktəninin şagirdləri – “Arşın mal alan”, Düyərli kənd 2 saylı tam orta məktəbinin şagirdləri – “Vaqif darmı”, Səməd Vurğun adına Təzəkənd tam orta məktəbin şagirdləri – “Hekayəti Müsyö Jordan” səhnəcikləri, Ə. Cavad adına mədəniyyət mərkəzinin rəqs dərnəyinin tələbələri - qaytağı rəqsi ilə çıxış ediblər.

Sonda tədbirin əsas iştirakçıları "Böyük Yol" Gənclər İctimai Birliyinin sertifikatları ilə təltif olunublar.


Açar sözlər: ,