Dekabrın 12-də respublikanın hər yerində olduğu kimi Şəmkirdə də ümummilli lider Heydər Əliyevin anım günü keçirilib.
Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz ulu öndərə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması üçün qlobal işlər görüb. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.
Ümumtəhsil məktəblərinin kollektivlərinin də iştirak etdiyi tədbirdə icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatlardan olan on minlərlə şəmkirli abidənin önünə gül dəstələri düzüblər.