Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında intellektual turnirin final mərhələsi keçirilib.
Qeyd edək ki, turnir Nə? Harada? Nə zaman? formatında olmaqla "Gücümüz həmrəyliyimizdir" başlığı altında təşkil olunur. Turnirin final mərhələsində rayonun şəhər, qəsəbə və kənd məktəblərindən finala vəsiqə qazanmış 7 komanda mübarizə aparıb.
Gərgin mübarizə şəraitində davam edən oyunun sonunda Şəmkir şəhər Ə. Cavad adına tam orta məktəbi təmsil edən "Fateh" komandası l yeri, Şəmkir şəhər M. Fizuli adına tam orta məktəbi təmsil edən "Alfa" komandası ll yeri, Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbi təmsil edən "Kür 2" komandası lll yeri qazandı.
Qalibləri təbrik edir, daha böyük uğurlar qazanmasını və Şəmkiri böyük turnirlərdə təmsil etməsini diləyirik!