16.01.2018

"Diffuziya" mövzusunda açıq dərs keçirilib

Yanvarın 16-da Nizami Gəncəvi adına tam orta məktəbdə, məktəbin fizika müəllimi Nurlana Bağırovanın təşəbbüsü ilə 6c sinfində “Diffuziya” mövzusunda açıq dərs keçirilib. Dərsdə müşahidəçi qismində məktəb direktoru və müavinləri iştirak ediblər.

Fənn müəllimi əvvəlcə diffuziya haqqında ümumi məlumat verərərək bildirib ki, diffuziya - toxunan cisimlərin bir-birinə qarşılıqlı nüfuz etməsidir. Diffuziya maddənin konsentrasiyasının azalan istiqamətində baş verir və tutduğu həcmdə onun bərabər paylanmasına (kimyəvi potensialın bərabərləşməsinə) gətirib çıxarır. Diffuziya qazlarda, mayelərdə və bərk cisimlərdə baş verir. Onlardakı yad maddə hissəcikləri də diffuziya edə bilər, özlərinin məxsusi hissəcikləri də öz-özünə diffuziya edə bilər. Qaz və ya mayedə iri hissəciklərin (məsələn, tüstü və ya suspenziya hissəciklərinin) diffuziyası onların Broun hərəkəti sayəsində baş verir.

Daha sonra şagirdlərlə maraqlı təcrübələr göstərilib və məktəbin fizika labaratoriyasından səmərəli istifadə olunub.

Sonda tapşırıqların həlli müzakirə olunub şagirdlərin sualları cavablandırılıb.


Açar sözlər: ,  ,