Şəmkir rayon Təhsil Şöbəsi və "Böyük Yol" Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında intellektual turnirin 1-ci mərhələsi keçirilib.
Turnir Nə? Harada? Nə zaman? formatında olmaqla "Gücümüz həmrəyliyimizdir" başlığı altında təşkil olunub.
Turnirin birinci həftəsində rayonun şəhər, qəsəbə və kənd məktəblərindən 6 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində davam edən oyunun sonunda Kür qəsəbəsini təmsil edən "Kür-2" komandası və Şəmkir şəhərini təmsil edən "Gəncəvi" və "Fateh" komandaları final mərhələsinə vəsiqə qazanıblar.