01.01.2018

Məktəblilər hərbi xidmətçilər üçün bayram sovqatı aparıblar

Şəmkir rayon Zəyəm-Cırdaxan kənd tam orta məktəbinin bir qrup şagirdi məktəbin ibtidai sinif müəllimi Lamiyə Məmmədovanın təşkilatçılığı ilə cəbhədə yerləşən N saylı hərbi hissənin əsgərləri üçün bayram sovqatı aparıblar.

Məktəblilər və musiqiçilər hərb xidmətçilər üçün bayram şənliyi təşkil edərək əsgərləri yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münsibəti ilə təbrik ediblər.

Sonda tədbirin əsas təşkilatçısı ibtidai sinif müəllimi Lamiyə Məmmədova və kollektivi hərbi hissənin fəxri fərmanı ilə təltif olunublar.


Açar sözlər: ,