Rayon Təhsil Şöbəsi və təhsil menecerlərinin təşəbbüsü ilə ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların buraxılış imtahanlarına hazırlıq məqsədi ilə müəllimlərlə Riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən orta təhsil (9 illik) səviyyəsində aparılacaq buraxılış imtahanlarında bu il edilən dəyişikliklərlə bağlı nümunəyə uyğun olaraq tərtib olunmuş suallar müzakirə olunub.
Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə keçirilən elmi-metodiki seminarda, RTŞ müavini Hafiz Pənahov və rayon üzrə təyin olunumuş təhsil menecerləri əvvəlcə imtahan qaydaları haqqında müəllimlərə ümumi məlumat veriblər. Əməkdaşların nəzarəti altında yeni tip sualların həlli yolları ixtisas müəllimləri ilə birgə müzakirə olunub
Sonda seminarda iştirak edən müəllimlərin sualları cavablandırılıb.