22.12.2017

"Açıq dərs" layihəsinin növbəti dərsi keçirilib

Dekabrın 22-də Şəmkir Gənc Müəllimlər Birliyi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Açıq dərs” layihəsinin növbəti dərsi keçirilib. Dərsin mövzusu  “Müstəqil Azərbaycanın memarı” olub.

Dərsdən əvvəl məktəblilər mərkəzlə tanış olublar. Bu dəfəki dərsdə müəllim qismində Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov çıxış edib. Açıq dərsdə Zəyəm qəsəbə 1 və 2 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Xəyal Nəsibov şagirdlərə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, gördüyü işlər, etdiyi dəyişiklər, müstəqil Azərbaycanın inkişafına verdiyi töhfələr barəsində məlumat verib, məktəblilərlə müzakirələr keçirib.


Açar sözlər: ,