23.12.2016

Təhsil şöbəsinin əməkdaşları ilə müvafiq seminar keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi  IX siniflərin builki buraxılış imtahanlarının forma və məzmununda edilən dəyişikliklərlə  ilə bağlı kifayət qədər sualların olacağnı nəzərə alaraq bölgələrdə  təhsil işçilərinin maarifləndirilməsinin təşkili barədə Təhsil Şöbələrinə müvafiq göstəriş verib.

Ətraflı
21.12.2016

Ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər edilib

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkir Rayon Təhsil Şöbəsi məktəb direktorları və onların müavinləri ilə konfrans keçirib.

Ətraflı
20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı
20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ətraflı
20.12.2016

Nitqin inkişafına yönəldilmiş şeir müsabiqəsi keçirilib

 Dekabrın 20-də Şəmkir rayon məktəblərinin 2,3,4-cü sinif şagirdləri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə nitq təfəkkürünü, sözlərin ifadə olunması və ana dilində danışıq vərdişlərini inkişaf etdirmək, ədəbiyyat haqqında biliklərini təkminləşdirməkdən ibarətdir.

Ətraflı
16.12.2016

"Şən startlar" idman yarışı keçirilib

Dekabrın 16-da Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6-cı sinif şagirdləri arasında "Şən startlar" adlı idman yarışı keçirilib.

Ətraflı
15.12.2016

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər hazırlıq qurupları üçün dərs vəsaitləri təmin olunub

        Ümumi təhsil məktəblərində oktyabrın 1-dən fəaliyyətə başlayan məktəbəqədər hazırlıq qruplarında tədris aparan müəllim və şagirdlər üçün dekabrın 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı  Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən dərsliklər digər rayonlarla yanaşı Şəmkir rayon ümumi təhsil məktəbləri üçün də göndərilib.

Ətraflı
15.12.2016

Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul edib.

Ətraflı
15.12.2016

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ətraflı
13.12.2016

"Məktəbin Uğuru" layihəsinin təqdimatı keçirilib

Rayonumuzun təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəbin Uğuru" layihəsi dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan keçirilib. Burada əsas hədəf məktəb-təhsilalan-ictimaiyyət üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır.

Ətraflı
13.12.2016

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
09.12.2016

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
08.12.2016

Şura iclası keçirilib

Şəmkir Rayon Təhsil Şöbəsi məktəb direktorlarının iştirakı ilə şura iclası keçirib. İclasda məktəblər üzrə təhsil şöbəsi tərəfindən həyata keçirilən monitorinqlərin nəticələri və çağırışa qədər hazırlıq fənn müəllimlərinin iş prinsipləri, dərs proqramları, mövcud problemləri müzakirə edilərək, onların həlli üzrə göstərişlər verilib. İclasda həmçinin, Təhsil Nazirliyinin 15.11.2016-cı il tarixli 728 nömrəli əmrinə uyğun olaraq, Xüsusi hallar barədə tədbirlərin görülməsi, əmrin icrasından irəli gələn tapşırıqların həyata keçirilməsi tapşırılıb.

Ətraflı
07.12.2016

"Ana dili və ədəbiyyat" bilik yarışı keçirilib

Dekabrın 7-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6, 7, 8, 9-cu sinif şagidləri arasında "Ana dili və ədəbiyyat" adlı bilik yarışı keçirilib.

Ətraflı
07.12.2016

Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

Ətraflı