02.02.2017

İngilis dili müəllimləri üçün növbəti təlim keçirildi

Fevral ayının 1-dən 5-dək Təhsil Nazirliyi, “British Council” və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində  “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”-nin növbəti mərhələsi keçirilir.

Layihə Azərbaycanın neft-qaz boru kəməri keçən qərb regionlarında baş tutub. Layihənin məqsədi rayonlarda  ingilis dili fənnini tədris edən müəllimlərin və  icma üzvlərinin ingilis dili bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Xüsusi metodlarla kecirilən dərslər, həm müəllimlərin ingilis dili danışıq səviyyələrinə, həm də  gələcəkdə dərslərinin tədbiq olunması qaydaları üzrə nizamlanır.

“British Council”-ın Şəmkir rayonu üzrə təyin olunmuş təlimçisi Həlimə Fətullayeva bildirir ki;

“Layihənin bundan əvvəlki oktyabr ayında baş tutan mərhələsində, rayon üzrə ingilis dili müəllimləri arasında dil səviyyəsi və diaqnostik qiymətləndirmə üzrə imtahan keçirilərək xüsusi müəllimlər seçilib ki, onlar da rayonda şagird və ingilis dilini öyrənmək istəyən icma üzvlərinə ödənişsiz dərslər keçiblər. Bu müddət ərzində dərslər british council təlimçiləri tərəfindən mütəmadi olaraq internet bağlantısı vasitəsi ilə izlənilib və təlimata uyğun olaraq yerli  müəllimlərə göstərişlər verilib. Tədrisin həyata keçirilməsi üçün lazım olan vəsaitlər british council tərəfindən tam təmanasız təmin edilir”.

Layihənin sonuncu mərhələsinin fevral ayında keçirilməsi planlaşdırılsa da mövcud vəziyyəti nəzərə alaraq növbəti mərhələlərin də olacağı gözlənilir. Bu müddət ərzində ingilis dili üzrə dərs tədris edən müəllimlərin zəif və güclü tərəfləri müəyyən edilərək onlara göstərişlər verilir və onlarla daimi əlaqə saxlanılaraq lazımı materiallar onlara göndərilir.


Açar sözlər: ,