13.02.2017

"Qaraca qız" nağılının təhlili mövzusunda açıq dərs keçirilib

Şəmkir Gənc Müəllimlər Birliyinin təşkilatçılığı ilə Şəmkir rayon Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbin 4a sinif şagirdləri ilə ibtidai sinif müəllimi Arzu Heydərova tərəfindən Süleyman Sani Axundovun “Qaraca qız” nağılının təhlili mövzusunda açıq dərs keçirilib. Sinifdə oxuyan 29 şagird dörd qrupa bölünməklə təşkil olunmuş dərs, şagirdlərlə aparılan fəal diskussiya şəklində təşkil olunub.

Dərsin gedişatında şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən təqdim edilib. Müasir metodla tədris edilən dərsin sonunda şagirdlərin bilik səviyyəsi müəllim  tərəfindən qiymətləndirilib.

Açıq dərsdə müşahidəçi qismində iştirak etmiş Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov, üzvləri Niyazi Səfərov, Pərvin İsmayılov, Tərlan Muxtarova və məktəbin direktoru Qumru Məmmədova, İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Ülviyyə Musayeva sonda keçirilmiş dərslə bağlı təklif və iradlarını bildiriblər.


Açar sözlər: ,  ,