16.02.2017

Məktəbli yazar Məhəmməd Azər

Məhəmməd Azər (Hacıyev) 2000-ci ildə Şəmkir rayonunda anadan olub. Hazırda Şəmkir rayon Əhməd Cavad adına 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir.

2015-ci ildən Şəmkir Heydər Əliyev Mərkəzinin nəzdində yerləşən "Gənc Yazarlar Dərnəyi" nin rəhbəri kimi fəaliyyət göstərib. Gənc yazıcı "Azərbaycan Müəllimi", "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət qəzeti", "Kaspi qəzeti", "Cümhuriyyət qəzeti" və s. kimi qəzet və jurnallarda şeir və publistik yazılarla çıxış edib. Azərbaycan Yazıçılar Birliyinin nəzdində yaradılan "Gənc Ədiblər Məktəbi" nin üzvüdür.

Gənc yazarın "Şeir Sevgilim" adlı ilk kitabı 2016-cı ilin yayında “XAN” nəşriyyatında nəşr olunub. Məktəbli yazara bağlı Şəmkir Rayon Təhsil Şöbəsinin hazırladığı “Məktəbli yazar Məhəmməd Azər” adlı qısa videosuna linkə https://www.youtube.com/watch?v=8bVqc8q3c3M daxil olaraq baxa bilərsiz.


Açar sözlər: