08.02.2017

Təmayülləşmə ilə əlaqədar görüləcək işlər müzakirə olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkir Rayon Təhsil Şöbəsində təhsil müəssisələrinin təmayülləməsi ilə əlaqədar yığıncaq təşkil olunub.

Yığıncaqda təmayülləşmə ilə bağlı RTŞ tərəfindən görülən işlərin nəticəsində Təhsil Nazirliyinə təqdim ediləcək sənədlərin formaları müzakirə olunub. Şöbənin əməkdaşlarına :

- Rayonda təmayülləşmə ilə bağlı şərti bölünmüş zonalarda təmayül məktəblərinin seçilməsinə əsas verən amillərin izahı – bunun üçün müqayisəli şəkildə məktəbin son 3 ildə buraxılış və qəbul imtahanlarındakı göstəriciləri, məktəbdə peşəkar fənn müəllimlərinin olması, maddi-tədris bazası, məktəbin zonadakı digər məktəblərlə əlverişli mövqedə yerləşməsi, həmin məktəbin digər məktəblərdə işləyən peşəkar fənn müəllimləri ilə möhkəmləndiriliməsi.

- Valideynlərlə maarifləndirmə işlərinin aparlması.

- Risk qrupuna daxil olan məktəblər və onların şagirdlərinin tam orta təhsil səviyyəsindən təhsilə cəlb olunması imkanları və təklifləri barədə ətraflı məlumat.

- Tədrisi digər dillərdə olan siniflərin şagirdlərinin tam orta təhsilə cəlbi imkanarı barədə təkliflər.

- Rayonda təmayülləşmə ilə bağlı görülən işlər və qarşıya çıxan probelmlər. Onların həlli üçün təkliflərdən ibarət yazılı məlumatın əlavə olunması tapşırılıb.

Bu sahədə yaranacaq problemlər, onların aradan qaldırılması üçün təklif və görüləcək işlər barədə rəhbərlik RTŞ nümayəndələrinə məlumat verərək yığıncağı yekunlaşdırıblar.


Açar sözlər: ,