Fevralın 10-da Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə tədrisin rus və Azərbaycan dillərində olduğu Şəmkir, Gədəbəy və Tovuz rayonlarının orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə olimpiada keçirilib. Olimpiada Şəmkir Rayon Təhsil Şöbəsi əməkdaşlarının və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Bilik yarışı tədrisin rus və Azərbaycan dillərində olduğu 7 və 8-ci sinif şagirdləri arasında keçirilib. Ümumilikdə olimpiadada Şəmkir, Tovuz və Gədəbəy rayonlarından 98 şagird iştirak edib.
Sonda, yarışda iştirak edən şagirdlərə nümayiş etdirdikləri göstəricilərinə uyğun olarq sertifikat təqdim olunub.