14.02.2017

Məktəblilərlə "Beynəlxalq Kitab Bağışlamaq Günü" keçirilib

Fevralın 14-də Şəmkir Heydər Əliyev Mərkəzi Elmi-Kütləvi Kitabxana və Şəmkir Bilik Evinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Kitab Bağışlama Günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbin 8-ci sinif şagirdləri iştirak ediblər.

Tədbir çərçivəsində şagirdlərə Şəmkir Heydər Əliyev Mərkəzi Elmi-Kütləvi Kitabxana və kitabxanadan istifadə qaydaları haqqında məlumat verilib. Daha sonra "Beynəlxalq Kitab Bağışlama Günü"nün yaranma tarixi və bu günün əhəmiyyəti şagirdlərin nəzərinə çatdırılıb.

Tədbirdə eyni zamanda, şagirdlərlə maraqlı kitab müzakirələri keçirilib və sonda məktəblilərə kitab hədiyyə olunub.

Tədbirin keçirilməsində məqsəd gənc nəslə mədəni xidmət göstərmək və məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltməkdir.


Açar sözlər: