27.01.2017

Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanı təşkil olunub.

Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir Rayon Təhsil Şöbəsi və Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanları təşkil olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən orta təhsil (9 illik) səviyyəsində aparılacaq buraxılış imtahanlarında bu il edilən dəyişikliklərlə bağlı nümunəyə uyğun olaraq tərtib olunmuş suallar şagirdlərə təqdim olunub. Sınaq imtahanlarında şagirdlərə həmçinin adları qeyd olunan mövzularda esselərin yazılması üçün əlavə vaxt verilib.

Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə keçirilən sınaq imtahanında İcra Hakimiyyətinin əməkdaşı Hafiz Pənahov və Rayon Təhsil Şöbəsinin əməkdaşları əvvəlcə imtahan qaydaları haqqında nəzarətçi və şagirdlərə ümumi məlumat veriblər. Əməkdaşların nəzarəti altında keçirilən sınaq imtahanında şagirdlərin imtahan qaydaları ilə bağlı sualları da cavablandırılıb.

Sonda kitabçalar yığılaraq yoxlanılması üçün rayon təhsil şöbəsinə təhvil verilib.


Açar sözlər: ,