Babanlı Nizaməddin Baba oğlu   

Babanlı Nizaməddin Baba oğlu 02 mart 1964-cü ildə anadan olub.

1980-1985-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb. 1985-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, 1991-2001-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, 2001-2015-ci illərdə  Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında müxtəlif vəzifələrdə çalışıb. 2015-2022-ci illərdə Qazax RayonTəhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Nizaməddin Babanlı 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.