19.04.2024

"Bizim bağça"-Gədəbəy şəhər 12 saylı körpələr evi-uşaq bağçası

"Bizim bağça" rubrikası çərçivəsində Gədəbəy şəhər 12 saylı körpələr evi-uşaq bağçasının bir günlük fəaliyyətini əks etdirən görüntüləri təqdim edirik.

Rubrikanın həyata keçirilməsində məqsəd məktəbəqədər yaş dövründə olan uşaqların tədris-təlim prosesində fiziki, psixoloji, sosial-emosional, intellektual inkişafı və qidalanması barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Məlumat üçün bildiririk ki, Gədəbəy şəhər 12 saylı körpələr evi-uşaq bağçası 5 qrupludur. Burada 83 uşağın təlim-tərbiyəsi ilə 7 nəfər pedaqoji və 13 nəfər texniki heyət məşğul olur.