Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri “Bir müəllimin manifesti” adlı təhsil proqramında iştirak edən təhsil işçilərilə görüşüb.
İdarə müdiri təhsil proqramında nəzərdə tutulmuş təlimləri uğurla başa vuran müəllimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Arslan Hacıyev sözügedən təhsil proqramının ingilis dili sahəsi üzrə müəllimlərin bilik və bacarıqlarının formalaşmasında, innovativ müəllimlərin aşkara çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Proqramda uğur qazanmış müəllimlər isə onların inkişaflarına dəstək olduqları, həmçinin ingilis dil səviyyəsinin təkmilləşdirilməsində və beynəlxalq tədqiqatların, yeniliklərin öyrənilməsində onlara yaradılan şəraitlə bağlı öz minnətdarlıqlarını bildiriblər.
“Bir müəllimin manifesti” təhsil proqramı artıq 3 ildir ki, ADA Universiteti tərəfindən həyata keçirilir. Proqram əyani və onlayn formatda aparılmaqla ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunur.