18.04.2024

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bir sıra abadlıq işləri görülüb

Ağstafa şəhər 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi və uşaqları bağçanın ərazisində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bir sıra abadlıq işləri görüblər.

Belə ki, bağçanın həyətyanı sahəsinə gül və dekorativ ağaclar əkilib, onlara qulluq edilib və bəzi budama işləri aparılıb.

Qeyd edək ki, aksiyanın keçirilməsinin əsas məqsədi yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkmək və ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etməkdən ibarətdir.


Açar sözlər: ,