Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi “Kəndə STEAM gəlir" layihəsinin iştirakçıları Tovuz rayon STEAM mərkəzinə ekskursiya ediblər.
Tovuz STEAM Mərkəzində məktəblilər dron, matatalab, 3d dizayn, cnc lazer kəsim, robotların hazırlanması ilə olublar. Mərkəzə gələn şagirdlər bütün modullar haqqında məlumatlandırılıb, koordinator və müəllimlərin köməyilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəniblər. Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər aparıb, məktəbdə tədris prosesində öyrəndiklərini mərkəzdə əyani şəkildə görmək imkanı qazanıblar.
Layihənin əsas məqsədi riyaziyyat, informatika, texnologiya, fizika, kimya, biologiya, coğrafiya müəllimlərinin və VI-VII sinif şagirdlərinin STEAM bilik və bacarıqlarına yiyələnərək bu istiqamətdə praktik fəaliyyətlərə cəlb etməkdir.
Qeyd edək ki, Vüsalə Salahovanın rəhbərlik etdiyi layihə Ağstafa rayon Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəbdə icra olunur.