Şəmkir rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 5 oktyabr - “Müəllimlər günü”nə həsr olunmuş “Mənim müəllimim” mövzusunda inşa yazı müsabiqəsinin Əsasnaməsi

ƏSASNAMƏ

 

I. Müsabiqənin məqsədi

 

Məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək, müəllimlərə olan sevgini təbliğ etməklə şagirdlərin yazı qabiliyyətlərini inkişaf etdirmək, bu istiqamətdə istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. 

 

II. Müsabiqənin təşkili və keçirilmə qaydaları

 

İnşa yazı müsabiqəsi Azərbaycan dilində 2 yaş (VIII - IX, X - XI sinif) qrupu üzrə iki mərhələdə keçirilir:

I mərhələ (məktəbdaxili) – 28 - 29  sentyabr  2017-ci il tarixlərində təhsil müəssisələrində

II mərhələ  (rayon) – 2 - 3 oktyabr 2017-ci il tarixlərində Nizami Gəncəvi adına tam orta məktəbdə

İnşa yazıdakı sözlərin sayı birinci yaş qrupunda 200-dən, ikinci yaş qrupunda  250- dən çox olmamalıdır.

 

III. Qaliblərin müəyyənləşdirilməsi

 

İnşa yazılar 5 balla qiymətləndirilir.

Birinci mərhələdə  – məktəbdaxili yarışmada qalib gələn uşaqların inşa yazıları – hər yaş qrupu üzrə yalnız 1 iş növbəti mərhələdə iştirak etmək üçün hüquq qazanır və rayon Təşkilat komitəsinə təqdim edilir.

İkinci mərhələdə yaş qrupları nəzərə alnaraq  I, II və III yerləri tutan iştirakçılar qalib sayılır.

 

IV. Qaliblərin mükafatlandırılması

 

Qaliblər Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən diplom və  hədiyyələrlə mükafatlandırılır.

 

V. SİFARİŞ forması

 

Qalib inşa yazıların müəllifləri haqqında məlumat 30 sentyabr 2017-ci il tarixinədək Şəmkir Rayon Təhsil Şöbəsi elektron ünvanına shamkir@edu.gov.az göndərilir.

 

 

Mənim müəllimim” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin şəhər mərhələsinin

Təşkilat komitəsinə

 

Məktəbin nömrəsi

İştirakçıların adı, soyadı və atasının adı

 Sinif ( yaşı)

Ünvan və əlaqə telefonu

  1

 

 

 

 

 

 2