Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-liseydə 23 Aprel -Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, Şəmkir rayonunda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.
Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, Məhəmməd Füzulinin əsərləri əsasında səhnəciklər təqdim ediblər. Eyni zamanda şagirdlər Füzuli kantatasını ifa ediblər.