23.04.2024

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar tədbirlər təşkil edilib

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədbirlər təşkil edilib.

Tədbirdə regionun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, nümunəvi dərslər, interaktiv yarışlar keçirilib.

Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətini artırmaq, yeniyetmə və gənclərin oxu vərdişlərini daha da inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.


Açar sözlər: ,