I sinfə qəbulu üçün müsahibələrə start verilib

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.

Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Eləcə də müsahibədə valideynin iştirakı təmin olunur.

Məlumat üçün bildiririk ki, Dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 13-23 may tarixini əhatə edəcək. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi edə bilərlər.


Açar sözlər: ,