Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şəmkir rayon təhsil müəssisələrində təhsil alan 2010-2011-ci il təvəllüdlü qızlar arasında voleybol yarışı keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onların fiziki hazırlıq səviyyəsinin artırılması, idman bacarıqlarının inkişaf etdirilməsi, eləcə də perspektivli idmançıların aşkara çıxarılmasıdır.
Yarışın nəticələrinə əsasən Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin komandası I, Natiq Süleymanov adına Çinarlı qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası II, Səlahəddin Məmmədov adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüblər.
Qalib komandalar diplom və Fəxri Fərmanla təltif olunublar.