Mayın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Qazax rayonunda çalışan müəssisə rəhbərləri ilə görüşüb.
Görüşdə tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, 4-6-cı siniflər üzrə həyata keçirilən monitorinqlərin nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi məsələləri barədə danışılıb.
Vüqar Dadaşov təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb valideyn münasibətlərinin tənzimlənməsinin, şagirdlərin cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirilməsinin vacib olduğunu bildirib.