02.05.2025

İdarə müdiri Qazax rayonunun bir sıra təhsil müəssisələrini ziyarət edib

Mayın 2-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Qazax rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektor əməkdaşları ilə tanış olub.

Sonra Qazax şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında olan idarə müdiri bağçanın mövcud vəziyyəti, uşaqların qidalanma rejimi, infrastrukturu ilə yaxından tanış olub.

O, həmçinin Qazax şəhəri Mehdi Hüseyn adına humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyə baş çəkərək tədris prosesi ilə yaxından tanış olub, müəssisədə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.