Pedaqoji Şura iclasları keçirilib

Şəmkir, Tovuz və Gədəbəy rayon ümumi təhsil müəssisələrində, məktəblərin pedaqoji kollektivlərinin, rayon polis şöbəsinin məsul əməkdaşlarının, ictimaiyyət və valideyn komitələrinin nümayəndələrinin iştirakı ilə Pedaqoji Şura iclasları keçirilib.

Şuraların gündəliyində təhsilalanlarla məktəb psixoloqlarının apardıqları işin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maarifləndirmə işinin aparılması, valideynlərlə əlaqələrin möhkəmləndirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəlikləri, etik davranış qaydaları və s. məsələlər müzakirə edilib.

İclaslarda mövzu ilə bağlı çıxışlar dinlənilib və iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,