17.04.2024

“Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ibtidai siniflər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarışda Tovuz rayon ümumi təhsil müəssisələrindən 8 komanda iştirak edib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir.

Nəticələrə əsasən Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin komandası I, Cəlilli kənd E.Tağıyev adına tam orta məktəbin komandası II, Qədirli kənd C.Sadıqov adına tam orta məktəbin komandası isə III yerə layiq görülüb.


Açar sözlər: