“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbirlərin təşkil edilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulan məsul şəxslər və müəssisələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

3. İnformasiya şöbəsi (Elvin Məmmədov) bu əmrin və ona əlavənin aidiyyəti struktur bölmələrə, yerli təhsili idarəetmə orqanlarına, təhsil müəssisələrinə çatdırılmasını,  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 13 dekabr 2018-ci il tarixli, 122 nömrəli Sərəncamı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

28 dekabr 2018-ci il

F-839