“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli, 2378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin aidiyyəti şöbələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.
3.Maliyyə şöbəsi (R.Orucov) Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.
4. Naxçıvan MR Təhsil Nazirliyi, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri, rayon (şəhər) təhsil şöbələri (idarələri), Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri bu əmrlə təsdiq edilmiş Fəaliyyət Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 30 dekabr 2016-cı il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, habelə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
25 oktyabr 2016-cı il
№694