Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №1, maddə 50) ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlifformalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.

4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:

 

Məşğələlər

Kütləvi qruplarda

Azsaylı xalqların uşaqlarından ibarət qruplarda

Ətraf aləmlə tanışlıq

1

1

Savad təliminə hazırlıq və nitq inkişafı

2

4

Bədii təfəkkürün inkişafı

1

1

Məntiqi və riyazi təfəkkürün inkişafı

2

2

Təsviri fəaliyyət

2

1

Musiqi

2

1

Fiziki mədəniyyət

2

2

 

4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.".

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 11 oktyabr 2016-cı il

№ 404