19.05.2025

Məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarət olacaq.

Musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər tələb edilən sənədləri 20 may 2025-ci il tarixindən 30 may 2025-ci il tarixinədək, saat 10:00-dan 17:00-a kimi (yalnız iş günlərində) Qazax-Tovuz Regional Təhsil İdarəsinə (Şəmkir şəhəri, Nizami küçəsi 71) yaxınlaşaraq təqdim etməlidirlər.

Namizədlər üçün tələblər:

- musiqi ixtisası üzrə orta ixtisas və ya ali təhsil

Tələb edilən sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- təhsil haqqında sənədin və əlavəsinin surəti;

- əmək kitabçasının surəti (varsa).

Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaqdır.

Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcəkdir.

Müsahibəni 2 və daha çox namizəd keçərsə, namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:

1. Şəhid ailəsi üzvü;

2. Həyat yoldaşının və ya özünün Vətən müharibəsi iştirakçısı olması;

3. Təhsil səviyyəsi;

4. Pedaqoji stajı.

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan musiqi rəhbəri vəzifəsi üzrə vakant yerlərin siyahısı:

https://drive.google.com/.../1BmDs5Opg3sxknet25Vl.../view...